Dezinfeksiya işləri davam edir
Region

Dezinfeksiya işləri davam edir

Əsrin bəlası olan COVID-19 pandemiyasının yayılmasının fəsadlarını aradan qaldırmaq, yoluxma göstəricilərini minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin operativ şəkildə, keyfiyyətlə aparılması günün vacib məsələsidir. Hacıqabul rayonunda bu şərtlərə əməl edilir. Rayon ərazisində epidemioloji durum rayon icra hakimiyyəti tərəfindən nəzarət altında saxlanılır, sanitariya-gigiyena qaydalarına ciddi əməl edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə xüsusi ayrılmış texnika vasitəsilə küçə və prospektlərdə, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilmişdir.

Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri aparılır.

                                                      Tofiq HÜSEYN,

                                                    “Respublika”.