Dilarə Əfəndiyeva:
MÜSAHİBƏLƏR

Dilarə Əfəndiyeva: "Ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası böyük diqqət cəlb etdi"

138 gün idi ki, davam edən ekoaksiyanı bu gün dayandırdıq. Ekofəalların vətəndaş cəmiyyəti nümayəndələrinin bu aksiyası böyük diqqət cəlb etdi. Nəinki Azərbaycanda, hətta dünyada geniş müzakirələrə səbəb oldu.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə məxsusi müsahibəsində Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva söyləyib.

O deyib: "Bu gün Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdük. Görüş zamanı qərara aldıq ki, aksiyanı müvəqqəti olaraq dayandıraq. 138 gün ərzində aksiya iştirakçıları məqsədlərinə nail olana qədər ərazidə oldular. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması da bizim əsas şərtlərimizdən biri idi. Bununla da ərazilərimizə qanunsuz silahlı dəstələrin yüklərin keçirilməsinə son qoyulacaq".