DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur
Siyasət

DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 5- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger xanım Liz Kristofersen ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, DİN ilə Avropa Şurası arasında sıx işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir Vilayət Eyvazov bu əlaqələr çərçivəsində insan hüquq azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edib ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində sərbəst məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.

Həmməruzəçilər insan hüquq azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi əhatəli məlumata görə Vilayət Eyvazova minnətdarlıqlarını bildiriblər.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.    

M.KAMAL,

Respublika”.