Dost ölkəmiz Qazaxıstan
Mədəniyyət

Dost ölkəmiz Qazaxıstan

Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə "Olimpiya Mədəniyyəti Təhsil Proqramı" - OCEP layihəsi çərçivəsində Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Dost ölkəmiz Qazaxıstan" adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva Fəzail Ağamalı, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, rayon Ağsaqqallar Şurasının sədri Sücəddin Abdullayev ilə yanaşı, bir sıra elm ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilkin olaraq məktəbin ev təhsili alan şagirdlərinin iştirak etdiyi "Qazax motivləri" adlı rəsm sərgisinə baxış keçirilib. Ardınca isə tədbir iştirakçıları şagirdlərin təbiətlə tanışlığı, onların bu istiqamətdə maarifləndirilməsi məqsədilə təşkil edilən "Yaşıl layihə" barədə məlumatlandırılıblar.

Məktəbin həyətində qurulmuş "Qazax yurtası"nda (Yurta - qədim türk monqol xalqlarında alaçıq tipli səyyar ev) qazax xalqının milli-mənəvi dəyərlərini əks etdirən dombra, milli mətbəx nümunələri digər atributlar yer alıb. Yurta ilə tanışlıqdan sonra Qazaxıstanın qədim adət-ənənələrindən olan "Tusaukeser" ( yol) - körpənin ilk addımının qeyd olunması mərasimi keçirildi. Sonra tədbir iştirakçıları 36 nömrəli məktəbin şagirdlərinin ox atmaq bacarıqları ilə tanış oldular.

Açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə şagirdlər müxtəlif rəqs nümunələri ifa etdilər, səhnəciklər göstərdilər. Həmçinin qazaxıstanlı şagirdlərin dombra qrupu öz məharətlərini göstərdilər. Azərbaycan qazax dillərində reallaşdırılan layihədə şagirdlər yüksək fəallıq göstərdilər. Tədbirin sonunda şagirdlər Müslüm Maqomayevin "Azərbaycan" mahnısının sədaları altında uzunluğu 44 metr, eni isə 3.5 metr olan Azərbaycan bayrağını dalğalandırdılar. Qazaxıstanın Azərbaycandakı səfirinin birinci katibi Behzat Bayramov hədiyyə diplomla təltif edildi. O, çıxışında Azərbaycan-Qazaxıstan əlaqələrini yüksək qiymətləndirərək hər iki xalqın eyni soykökə mənsub olduğunu, ölkələrimiz arasında əlaqələrin gündən-günə daha da möhkəmlənəcəyini bildirdi.

36 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova Qazaxıstanla təlim-tədris sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı: "52 məktəbin iştirak etdiyi bu layihədə məqsəd Qazaxıstandakı tədris müəssisələri ilə qardaşlaşmaq, sıx əlaqələr qurmaqdır. 3 müəllim 12 şagird olmaqla Qazaxıstandan gəlmiş 15 qonağımız bugünkü tədbirdə yüksək səviyyədə çıxış etdilər. Onlar ilkin olaraq Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər. Bildirmək istəyirəm ki, Qazaxıstanın Aktau şəhərinin Nursultan Nazarbayev adına intellektual məktəbi ilə qardaşlaşmış məktəbimizin sinif otaqlarından birini "Qazax yurtası" adlandırmışıq. Sinif otağı qazax milli atributları ilə bəzədilib burada məşhur qazax idmançıları, yazıçıları tanınmış şəxslər haqqında məlumatlar yer almışdır. Bu layihə hər iki ölkənin şagirdlərinin bir-birilə interaktiv tanışlığına vəsilə olacaq. Bununla yanaşı, görülən işlər şagirdlərə dini, irqi milliyyətindən asılı olmayaraq dünyanı birgə qorumağı həmrəy olmağı aşılayır".

Nurlan ABDALOV,

"Respublika".