Dostluq əlaqələrinin prioritetləri
Siyasət

Dostluq əlaqələrinin prioritetləri

Azərbaycanla Gürcüstan arasında münasibətlərdə humanitar sahədə əməkdaşlıq əhəmiyyətli rol oynayır

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri bu münasibətlərin hazırkı yüksək səviyyəsini əks etdirir.

Aprelin 7- Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri mövcud əlaqələrin davamlı xarakter daşıdığını göstərir. Bu, Azərbaycan Gürcüstan arasındakı dostluq qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Həmçinin, bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı məsələlərin birgə müzakirələri əməkdaşlığı yeni müstəviyə yüksəldəcək. Prezident İlham Əliyev Baş nazir İrakli Qaribaşvili  görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Gürcüstanın Baş naziri bu il Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, ümummilli liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən böyük hörmət ehtiramla anıldığını, onun gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.

Liderlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev qeyd edib ki, Gürcüstanla Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Təbii ki, Gürcüstan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq tarixi dostluq əlaqələri birləşdirir. Həmçinin xalqlarımız arasında siyasi, iqtisadi, humanitar digər sahələrdə strateji tərəfdaşlıq mövcuddur. 1996- il martın 8- imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" strateji tərəfdaşlığın təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin sabiq Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizin inkişafına əhəmiyyətli dərəcədə təkan verib. Ali yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb.

Humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu Gürcüstanda yaşayan soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında borçalılara böyük dəstək olur. Xüsusən, məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fond tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin  Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, kənddə XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb.

Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında təhsilin, məktəb infrastrukturunun inkişafı üçün çox mühüm işlər görür. 2004- ildən etibarən soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi dərs ləvazimatı ilə sevindirir. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi hər il Gürcüstanın Azərbaycan dilində olan məktəblərinə dərslik dərs ləvazimatları göndərirGürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması  istiqamətində görülən işləri soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" yeni yaradılmış "Beez" uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadə, C.Məmmədquluzadə N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir. Onu da deyək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014- ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfər təşkil edir. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində Acarıstan Muxtar Respublikasında, eləcə paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Ümumiyyətlə, Azərbaycan Gürcüstanda yaşayan həmvətənlərimizin qayğısına daimi qalır təhsilin lazımi səviyyədə təmin olunması üçün əlindən gələni edir. Bu, birgə əməkdaşlıq, xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün mühüm amildir. Azərbaycanın Gürcüstandakı səfirliyi humanitar yardım qismində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri məktəblərinə bədii ədəbiyyat digər (Azərbaycan xarici) kitablar hədiyyə edir. Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi mədəniyyətimizin qorunması, inkişafı, təbliği, təhsil sahəsində ciddi işlər aparır. Mərkəzdə gənclərdən ibarət çox gözəl kollektiv formalaşıb onlar qısa zaman ərzində maraqlı layihələr həyata keçiriblər.

Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib: "Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir".

Mustafa KAMAL,

"Respublika".