Dövlət çevrilişinə cəhd
Siyasət

Dövlət çevrilişinə cəhd

4 iyun 1993- il Gəncə qiyamı hərbi cinayət idi

Ötən əsrin 80-ci illərin sonları 90- illərin əvvəllərinə qədər Azərbaycanın daxilində baş verən olaylar həm qürurverici, həm hüznlü hadisələr kimi yadda qalıb. Sovet imperiyasının dağılmasından sonra yaranan 15 respublikadan biri olan Azərbaycan postsovet məkanında ən ağır imtahanlarla üz-üzə qalan ölkələrdən birincisi idi. Qərbi Azərbaycan torpaqlarında soydaşlarımızın etnik təmizlənməyə məruz qalması, qanlı 20 Yanvar hadisəsi, torpaqların hissə-hissə işğalı, Xocalı soyqırımı bir çarəsiz durumda olan xalqın daxilində baş verən vətəndaş müharibələri. Yenicə qurulmaqda olan dövlətin hər tərəfdən dalana dirənməsinə səbəb olan amillərdən biri hakimiyyət uğrunda hərbi siyasi çəkişmələr idi. Dövlət çevrilişlərinin adi hal aldığı bir dövrdə düşmənə qarşı vahid cəbhədə mübarizə aparmaq da mümkün deyildi. Belə bir zamanda başsız qalmış xalqın müdrik rəhbərə, siyasi gedişləri əvvəlcədən duya bilən liderə ehtiyacı yaranmışdı.

Müstəqilliyin bərpasının ilk illərində iki dəfə hakimiyyətin silah gücünə dəyişməsi məsələlərin həllini müşkülə çevirmişdi. 1992-ci ildə A.Mütəllibov hakimiyyətini silah gücünə devirən AXC-Müsavat cütlüyü iqtidarı ələ keçirmişdi. Taleyüklü yüksək vəzifələr bilik bacarığa görə deyil, şəxsi maraqlar hesabına paylanırdı. Ölkə rəhbərliyinin göstərişlərinin icra olunmaması mərkəzdənqaçma qüvvələrinin artmasına, ayrı-ayrı qruplar halında silahlı dəstələrin fəaliyyətinə gətirib çıxarmışdı. 1992-ci ilin may ayında Şuşa Laçının itirilməsi qarşısında aciz qalan rəhbərlik 1993- ilin fevralında Kəlbəcərin işğalına da qarşı çıxa bilmədi.

Azərbaycan tarixinin dönüş nöqtəsi hesab edilən 1993- ildə bir ölkə kimi dünyanın siyasi xəritəsində ölüm-qalım mücadiləsi aparırdı. Həmin ilin iyun ayı "Gəncə hadisələri", "Qurtuluş günü" dövlət başçısının postunu tərk edərək Ordubadın Kələki kəndinə getməsilə ön plana çıxmışdı.

Hadisələrin xronologiyasına gəlincə, ilk öncə Gəncə qiyamını qeyd etmək lazımdır. 4 iyunda AXC-Müsavat cütlüyünün Qarabağ üzrə hərbi nümayəndəsinin Gəncədəki 709 saylı hərbi hissənin korpus komandirinin onun haqqında verilən əmrinə tabe olmaması vətəndaş müharibəsi ilə nəticələndi. Əvvəlcə 709 saylı hərbi hissənin tərk-isilah edilməsi məqsədilə keçirilən əməliyyat uğursuz oldu. Daha sonra Gəncəyə göndərilmiş hökumət nümayəndələrinin qiyamçı qüvvələr tərəfindən girov götürülməsi faktiki olaraq vəziyyəti kritik həddə çatdırmışdı. Qiyamçı qüvvələrlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda insanlar həyatını itirmişdi. Gəncədə başlayan qiyam Bakıya doğru genişlənməkdə idi. Qiyamçıların ələ keçirdiyi rayonlarda icra hakimiyyətləri başçıları ya güllələnir, ya da zor gücünə vəzifədən uzaqlaşdırılırdı. Dövlət içində dövlətin yarandığı həmin ərəfədə idarəetmədə zəiflik göstərən iqtidarın xalqın yeganə ümidi Naxçıvan Ali Sovetinin Sədri Heydər Əliyevə qalmışdı. Ümummilli lider Naxçıvanda fəaliyyət göstərsə , Gəncə hadisələrinə etinasız qalmamış, bəyanat verərək silahlı üsyanı qınamışdı. 4 iyun hadisələrinə qədər 1993- ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam versə bu sərəncam həmin hissəyə faktiki rəhbərlik edən şəxs tərəfindən icra olunmadı. Gəncədə Prezident Qvardiyasının komandirinin əsgərlərinin güllələnməsi qanunvericiliyin tələblərinə uyğun olaraq açıq-aşkar dövlət çevrilişinə cəhd hesab olunurdu. Hadisələrin bu cür cərəyan etməsi fonunda iyunun 9-da xalqın iqtidarın təkidilə Bakıya dəvət olunan Heydər Əliyev qısa zamanda vətəndaş qırğınının qarşısını ala bilməsi üçün yenidən çiyinlərini ağır yükün altına verdi. Ona Ali Məclisdə vəzifə təklif olunsa da ilk öncə Gəncəyə gedib problemlərlə yaxından maraqlanmağı üstün tutdu. Siyasi səriştəyə, yüksək idarəetmə bacarığına malik olan ulu öndər Bakıya gəldikdən sonra Azərbaycanı parçalanmaqdan xilas edə bildi. Həmin ərəfədə cənub zonasında "Talış-Muğan respublikası" şimalda yeni dövlət qurmaq cəhdləri həyata keçirilirdi. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin taleyinə bənzər halların yaşanması çox da uzaq deyildi. Azərbaycan Xalq Cümhuriyyətinə Rusiya bolşevikləri son qoymuşdusa, müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasının varlığına isə daxildə baş qaldırmış separatçı rejimlər təhdidlər törədirdi. 1993- il iyunun 15- ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıtması tariximizə Qurtuluş Günü kimi daxil oldu. Məhz bu tarixi hadisədən sonra Azərbaycan bir dövlət olaraq varlığını qoruyub saxlaya bildi. Beləliklə, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyinin itirilməsinə yol verilmədi.

Bu gün ulu öndərin səyləri nəticəsində dağılmaqdan son anda xilas olan müasir Azərbaycan dövlətində yaşayırıq. Yalnız Vətənini böyük məhəbbətlə sevən, dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan bir şəxsiyyət uçurumun kənarında olan Azərbaycanı qoruyub saxlaya bilərdi. saxladı da. Dəyərli ömrünü xalqımıza dövlətimizin inkişafına sərf etmiş Heydər Əliyev siyasətindən bəhrələnən ölkə başçısı İlham Əliyev Müzəffər Ali Baş Komandan olaraq ərazi bütövlüyümüzü bərpa etmişdir. İkinci Qarabağ müharibəsi 90- illərdən fərqli olaraq millətimizi bir yumruq altında birləşdirdi. Müstəqilliyimizin ilk illərində vəzifə, hakimiyyət davası gedirdisə, dövlət başçımızın yürütdüyü düzgün idarəetmə strategiyası sayəsində bütün qüvvələr düşmənə qarşı səfərbər olmuşdu...

Musa BAĞIRLI,

"Respublika".