Dövlət Gömrük Komitəsinin nümayəndələri Ulu Öndər  Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Digər xəbərlər

Dövlət Gömrük Komitəsinin nümayəndələri Ulu Öndər  Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Martın 15- Dövlət Gömrük Komitəsinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.