Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Digər xəbərlər

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edilib.