Dövlət Sərhəd Xidməti: Ermənistan müdafiə nazirliyinin məlumatı yalandır
Digər xəbərlər

Dövlət Sərhəd Xidməti: Ermənistan müdafiə nazirliyinin məlumatı yalandır

Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu yalan məlumatı qəti olaraq təkzib edir və bu dezinformasiyanın Ermənistan müdafiə nazirliyinin növbəti təxribatı olduğunu bildiririk.