“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1301) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddədə hər iki halda “5 306 770 072,0” rəqəmləri “5 606 269 569,0” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci maddə üzrə:

1.2.1. 1-ci hissədə “4 148 202 903,0” rəqəmləri “4 361 702 400,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.1-ci bənddə “1 504 298 579,0” rəqəmləri “1 492 066 100,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 1.2-ci bənddə “205 131 624,0” rəqəmləri “203 463 600,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 1.3-cü bənddə “2 438 772 700,0” rəqəmləri “2 666 172 700,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 3-cü hissədə “1 145 967 169,0” rəqəmləri “1 231 967 169,0” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:

1.3.1. 1-ci hissədə “5 133 000 000,0” rəqəmləri “5 431 199 497,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. aşağıdakı məzmunda 1.1-1-ci və 1.1-2-ci bəndlər əlavə edilsin:

1.1-1.

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmişəmək pensiyaçılarına (qulluq stajına görəəlavələr alan əmək pensiyaçıları istisna olmaqla) müəyyən edilmiş rüblük maddi yardım xərcləri

 

220 000 000,0

 

1.1-2.

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görəəlavələr alan əmək pensiyaçılarına müəyyən edilmiş aylıq maddi yardım xərcləri

  86 000 000,0

1.3.3. 1.2-ci bənddə “182 000 000,0” rəqəmləri “174 199 497,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.4. 1.2.1-ci yarımbənddə “52 000 000,0” rəqəmləri “46 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.5. 1.2.2-ci yarımbənddə “50 000 000,0” rəqəmləri “47 100 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.6. 1.2.3-cü yarımbənddə “20 000 000,0” rəqəmləri “24 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.7. 1.2.4-cü yarımbənddə “15 000 000,0” rəqəmləri “12 099 497,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.8. 3-cü hissədə “48 700 000,0” rəqəmləri “50 000 000,0” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1.3.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 iyun 2022-ci il