Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb
Sosial həyat

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə DTX tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində pul vəsaiti köçürülüb.

AZƏRTAC