Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi
Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi"nə yürüş ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə növbəti yürüş edib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, müəyyən olunmuş marşrut üzrə tam heyətlə "Heydər zirvəsi"nə qalxıblar. Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZƏRTAC