Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
Sosial həyat

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

AZƏRTAC