Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi
Siyasət

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi

Böyük şairimiz B.Vahabzadə üçrəngli bayrağımıza sevgi ehtiramını "Bayraq" şeirində bu cür tərənnüm edirdi:

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

Bu gün müstəqil suveren Azərbaycanın ərazisində əzəmətlə dalğalanan üçrəngli bayrağımız xalqımızın qüruru əbədiyaşarlığının təcəssümüdür.

Hər kəs mənsub olduğu dövlətin bayrağı ilə qürur duymalıdır. Çünki bayraq ucalıq, heysiyyət, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Bayraq dövlətin varlığının, onun mövcudluğunun göstəricisidir. Hər bir dövrdə Azərbaycan dövlətinin bayrağı müstəqil dövlətçiliyimizin rəmzi kimi mühüm əhəmiyyət kəsb edib. Bayrağımızın müqəddəsliyini təsdiqləyən amillərdən biri dövlət başçılarının bayraq qarşısında and içib xalqına, vətənə sadiq qalacaqlarına söz vermələridir. Azərbaycanın dövlət himnində ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, daim ucalmaq amalı arzulanır. Tarixin sınaqlarından çıxan üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da təsis edilib. Ay-ulduzlu dövlət bayrağımızın rəng çalarlarında xalqımızın milli ideologiyası mənliyi öz əksini tapır. Belə ki, mavi rəng türklüyümüzü, qırmızı rəng azadlığı istiqlaliyyəti, demokratiya insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasını ifadə edir.

Müqəddəs and yerimiz olan üçrəngli bayrağımız həm dövlətimizin, bütövlükdə xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü xalqımızın milli birliyini nümayiş etdirir.

"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq... uğrunda ölən varsa, vətəndir"... Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında xalqımızın igid oğulları üçrəngli bayrağımızı qürurla sancaraq illərdən bəri həsrətlə gözlədiyimiz sevinci bizə yaşatdılar. XXI əsrin sərkərdəsi İlham Əliyevlə irəli addımlayan ordumuz Ali Baş Komandanımıza öz sadiqliyinin nümunəsi olaraq torpaqlarımızı geri qaytararaq bayrağımızı ən uca zirvələrə sancıb türkün gücünü dünyaya göstərdilər. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını, onun əzəmətini gücünü bütün dünyada təsdiqləyir.

Hər sahədə olduğu kimi, idmanda da Azərbaycan bayrağı daim yüksəklərdə özünə yer tapmışdır. Dövlət himnimizi səsləndirən, bayrağımızı dalğalandıran idmançılarımız Vətənimizi dünyanın dörd bir yanında uğurla təmsil edirlər.

Bildiyiniz kimi, idmanın başlıca tələbi tərbiyədir. İlkin olaraq mənəvi tərbiyə, daha sonra isə bədən tərbiyəsi əsas şərtdir. Əfsuslar olsun ki, Ermənistanın tərbiyədən, ki, idmandan xəbəri var. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımızın təhqir edilməsi xain erməni xislətinin təzahürüdür. Ermənistan beynəlxalq tədbirdə təhlükəsizliyi təmin etməməklə idmançılarımızın həyatına təhlükə yaratmışdır. Ermənistan hakimiyyətinin hadisənin hüquqi yolla həllini təmin etməməsi dolayı yolla Aram Nikolyanın əməlinə şərik çıxdığını göstərir. Bayrağa qarşı hörmətsizlik Azərbaycanın regionda yeni reallıqlar yaratmasını həzm edə bilməyən qüvvələrin ümumi obrazıdır. Əslində, bu, həm sülhə əngəl yaradan Ermənistanın özünü ifşa etməsidir.

Hadisənin pərdəarxası məqamları isə törədilən təxribatın planlı olduğunu göstərir. İlkin olaraq, tədbir keçirilən zaman zalda internet verilişi dayandırılıb. Təbii ki, bu, bayrağımızın yandırılmasının sosial şəbəkələrdə yayılmaması üçün atılan addımdır. Bayrağımıza qarşı edilən təhqir bununla da sonlanmamış, hadisədən sonra bayrağımız kəsilmiş bir halda sərgilənmişdi. Sosial şəbəkələrdə yayılan fotolarda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağının da təhqirə məruz qaldığı görünür. Məsələ aktuallaşdıqdan sonra isə Türkiyə bayrağı dəyişdirilib, Azərbaycan bayrağı isə tamamilə yığışdırılıb. Digər tərəfdən, tədbirin tamaşaçılarından biri Nikol Paşinyan idi. Hadisəyə müdaxilə etməmək bir yana, bayrağımıza qarşı edilən təhqiri sakit qarşılayan baş nazirin bu əməlin sifarişçisi olduğuna şübhə yaratmır.

Əslində, bu məqamda kiçik bir paralel aparmaq yerinə düşür. Azərbaycan dövlətçiliyinin əsas müddəalarından biri milli, irqi dini dəyərlərə hörmətdir. Bu xüsusda ölkə başçımızın göstərdiyi diqqət qayğı nəinki Azərbaycanda, beynəlxalq məkanda da təqdirlə qarşılanır. Neçə-neçə nüfuzlu beynəlxalq idman tədbirlərinə evsahibliyi etmiş Azərbaycanda digər ölkələrə, eləcə Ermənistana qarşı hər hansı bir təhqir, təhdid təxribat törədilməməsi diqqətdən yayınmamalıdır. Bu multikultural dəyərlərə sahib olan Azərbaycanın hər sahədə Ermənistandan üstün olduğu kimi milli-mənəvi dəyərlərin toxunulmazlığına da xüsusi önəm verdiyini göstərir.

Xatırladaq ki, Bakıda keçirilən ilk Avropa Oyunlarının boks yarışında qaliblərin mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim etmişdir. Qaliblər arasında erməni əsilli Ukrayna boksçusu Gevorq Manukyan da var idi. Mükafatlandırma zamanı zalda Manukyanın adı elan olunan zaman tribunalardan fit səsləri eşidildi. Lakin Prezident İlham Əliyevin boksçuya göstərdiyi jest bu hərəkəti sonlandırdı. Daha sonra tamaşaçılar əsl birlik nümayiş etdirərək ölkə başçımızı alqışlamağa başladılar. Budur əsl mənəvi dəyərlərə hörmət. Məhz budur xalqın öz liderinə olan sədaqəti inamı!

Nurlan ABDALOV,

"Respublika".