Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan
Məktublar

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız və insani keyfiyyətləriniz, zəngin təcrübəniz, tükənməz enerjiniz və qarşıya qoyulmuş məqsədlərə nail olmaqda əzmkarlığınız ən mühüm dövlətçilik məsələlərini həll etməyinizə imkan verir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikası naminə bütün layihələrinizin və niyyətlərinizin gerçəkləşməsini arzulayır, ən xoş diləklərimi bildirirəm.

Sizə və xanımınız Mehriban Arif qızına dərin hörmətlə, ən xoş rifah və səadət arzuları ilə, 

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Şurasının prezidenti,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri