DSX: Füzulidəki sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat nəticəsində iki nəfər saxlanılıb
Digər xəbərlər

DSX: Füzulidəki sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat nəticəsində iki nəfər saxlanılıb

Dekabrın 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kiloqram 700 qram marixuana, 500 qram "Metamfetamin" və 980 ədəd "Metadon M-40" həbləri), bir ədəd Türkiyə istehsalı olan "Hatsan" tir tüfəngi və ona məxsus 264 ədəd qırma aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.