DSX: Güclü küləyin təsirindən Azərbaycan ərazisinə düşən bayraq İrana təhvil verilib
Digər xəbərlər

DSX: Güclü küləyin təsirindən Azərbaycan ərazisinə düşən bayraq İrana təhvil verilib

Fevralın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, İran İslam Respublikasının dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılıb.

Fevralın 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

AZƏRTAC