Dünən Azərbaycanda COVID-19 əleyhinə 384 doza vaksin vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 384 doza vaksin vurulub

Yanvarın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 384 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 206, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 118, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 940 min 852, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 629, ikinci mərhələ üzrə 4 milyon 876 min 753, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 326, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 144-dür.          

 

Son sutkada Azərbaycanda koronavirusa daha 42 nəfər yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 42 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 459 nəfər müalicə olunaraq sağalıb, 10 min 77 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2294, indiyə qədər isə ümumilikdə 7 milyon 477 min 729 test icra olunub.