Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanovdan
Məktublar

Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz türk dünyasının ən böyük liderlərindən birisiniz.

Siz Axıska türklərinə ən çətin zamanlarda kömək etmisiniz, Azərbaycanın sürətli inkişafı, gücləndirilməsi və dünyaya tanıdılması üçün böyük xidmətlər göstərməkdə davam edirsiniz.

Siz qətiyyətli liderliyiniz, iradəniz, dəmir yumruğunuz sayəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdiniz. Sizin əzmkarlığınız nəticəsində Qarabağın yenidən qurulması prosesi başlayıb.

Hörmətli Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına inamımız qətidir.

Dünya Axıska Türkləri Birliyinin İdarə Heyətinin üzvləri və bütün Axıska türkləri adından Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, cansağlığı, xoşbəxtlik, firavanlıq diləyirəm.

Hörmətlə, 

Ziyəddin Kassanov

Dünya Axıska Türkləri Birliyinin baş direktoru