DÜNYA BEŞDƏN BÖYÜKDÜR
Türk dünyası

DÜNYA BEŞDƏN BÖYÜKDÜR

Azərbaycan Türkiyənin vahid mövqedən irəli sürdükləri mühüm təkliflər beynəlxalq təsisatlarda ciddi islahatlara ehtiyac olduğunu göstərir

"BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib bu dəyişikliklər sürətlə davam edir. Ona görə hesab edirəm ki, bu islahatlar daha ədalətli təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək". Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fikirləri BMT- islahatların aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə diqqət çəkməsi dünya miqyasında baş verən proseslərin keyfiyyətcə yeni müstəviyə çıxarılmasının zamanı gəldiyini göstərir.

Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan 30 ilə yaxın işğala hərbi-siyasi yolla son qoyub, ərazi bütövlüyünü bərpa edib BMT -nin 4 qətnaməsini heç bir ölkədən kömək istəmədən təkbaşına özü həyata keçirməli olub. Halbuki, BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir.

BMT-nin Təhlükəsizlik Şurasında () islahatların mümkünlüyü barədə fikir irəli sürərkən belə bir faktı nəzərə almaq lazımdır ki, -nin 5 daimi üzvü arasında 2 milyardlıq müsəlman dünyasını təmsil edən bircə dövlət yoxdur. Həqiqət həm ondan ibarətdir ki, hazırda 124 ölkəni birləşdirən Azərbaycanın sədr olduğu Qoşulmama Hərəkatı 200-ə yaxın ölkəni bir araya gətirən BMT-dən daha çevik uğurludur.

Həmçinin yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə dünyanın beşdən böyük olduğunu vurğulayaraq, BMT -nin mövcud strukturuna etiraz edib.

Son dövrdə beynəlxalq birlikdə baş verən proseslərlə bağlı ən çox diqqətçəkən mövzulardan biri Prezident İlham Əliyevin yeni dünya düzəni BMT sistemində islahatlarla bağlı çağırışlarıdır. Nəzərə alsaq ki, cənab Prezident, eyni zamanda dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatının rəhbəri kimi həm 120 dövlətin maraqlarını təmsil edir, bu çağırışlar BMT-nin cari formatı üçün qlobal əhəmiyyət daşıyır. Sirr deyil ki, təşkilatın nizamnaməsində 78 il öncə müəyyənləşdirilmiş vəzifələr artıq müasir qlobal çağırışlarla ayaqlaşmadığı üçün BMT öz vəzifələrini lazımi formada yerinə yetirə bilmir.

Aydındır ki, İkinci Dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsi ciddi dəyişikliklərə məruz qalıb. Bu çərçivədə, şübhəsiz ki, siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoyub, nüfuz artıq sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmur. Belə olan təqdirdə, 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq təbii ki, effektiv ola bilməz. Hətta effektiv olsa belə, BMT-nin fəaliyyəti bir çox dövlətlərə, xüsusən İslam dünyasına münasibətdə ikili standartlarda ehtiva olunur. Məsələləri faktiki olaraq yalnız Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll edir.

Elə Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələri buna ən bariz misaldır. Dövlətimizin başçısı cənab İlham Əliyevin ifadə etdiyi kimi, "Azərbaycan 30 ilə yaxın işğala hərbi-siyasi vasitələrlə son qoyub, öz ərazi bütövlüyünü bərpa edib BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü həyata keçirməli olub". Halbuki BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir".

Bəzi hallarda saatlar ərzində hərəkətə gələn BMT mexanizmlərinin digər vəziyyətdə icrasız qalması təhlükəli tendensiyadır bu mənada cənab İlham Əliyevin təklifi bu bəşəri niyyətlərə hesablanan təklifdir. Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Hamı gözəl bilir ki, dövlətimiz artıq Qarabağ məsələsini həll etdi Bakı BMT qətnamələrinin icrası üçün kimsəyə möhtac deyil. Cənab İlham Əliyev BMT Nizamnaməsinin 25 51-ci maddələrinə uyğun olaraq qətnamələri 2020-ci ildə hərbi-siyasi yolla icra olunmasını təmin edib. Yəni Azərbaycan liderinin "BMT- islahatlar aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi" barədə mövqeyi daha çox təsisatın nüfuzunun bərpası ümumilikdə təşkilatın özünün xilası üçün kifayət qədər sadə, ədalətli müasir qlobal çağırışlara uyğun praqmatik həll yollarıdır.

Məsələn, iki milyarddan çox müsəlmanın ən ali qurumda daimi təmsil olunmaması yeni dünya düzəninə yaxşı heç vəd edə bilməz. Bu mənada, ən yaxşı çıxış yolu İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi müsəlman bir dövlətin daimi üzv olmasıdır. Habelə, 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatına sədrlik edən dövlətin daimi o yerdə olmasına, Təhlükəsizlik Şurasında yalnız bəlli maraqların təmsil olunmasına, cənab İlham Əliyevin dediyi kimi, "daha ədalətli təhlükəsiz dünyanın yaradılmasına" xidmət göstərə bilər.

Beləliklə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının artırılmasını təklif edən dövlətlər kifayət qədərdir. İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmama Hərəkatı da bu mövqedədir. BMT işini daha səmərəli qurmaq üçün həm Baş Məclisində dəyişikliklər aparmalıdır. Baş Məclisin iclasları ildə bir dəfə deyil, bir neçə dəfə çağırıla bilər məclisin qərarlarının Təhlükəsizlik Şurasının qərarları kimi eyni hüquqa malik olması təklifi verilən təkliflər arasındadır. Bir sözlə, əksər dövlətlər BMT-nin dünyada sülh əmin-amanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatların aparılmasına ehtiyacın olduğunu hesab edirlər. Hətta bu, bir çox hallarda tələb şəklində BMT-nin qarşısında qoyulur.

Şübhəsiz, ciddi islahatların aparıl

masına olan meyil BMT-nin özündə durmadan artmaqdadır. Çünki BMT-nin bir çox qərar qətnamələri yerinə yetirilmir. Bəzi dövlətlər onu inkar edir. Azərbaycanla bağlı qəbul edilmiş erməni işğalına son qoyulmasına yönəldilmiş 4 qətnamənin BMT tərəfindən yerinə yetirilməsinə lazımi siyasi iradənin göstərilməməsi xüsusilə vurğulanmalıdır. Azərbaycan BMT-nin 4 qətnaməsini yerinə yetirdi. Bir növ həm BMT-ni fəaliyyətsizlikdən xilas etdi. Bu isə o deməkdir ki, böyük islahatlara ehtiyacı olan BMT- zəruri yeniliklər dəyişikliklərin baş verməsi qaçılmazdır.

Emin QASIMOV,

"Respublika".