Dünyanın 128 ölkəsindən ölkəmizə 74 min əcnəbi gəlib
Digər xəbərlər

Dünyanın 128 ölkəsindən ölkəmizə 74 min əcnəbi gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 128 ölkəsindən 74 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil etmişdir.

2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 5,6, İrana gedənlərin sayı 3,6, Türkiyəyə gedənlərin sayı 2,6, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artmışdır. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,8 faizi kişilər, 32,2 faizi isə qadınlardır.

2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

"Respublika".