Dünyanın 149 ölkəsindən ölkəmizə 246,2 min nəfər əcnəbi  şəxs gəlib
İQTİSADİYYAT

Dünyanın 149 ölkəsindən ölkəmizə 246,2 min nəfər əcnəbi  şəxs gəlib

Dövlət Statistika Komitəsi  Sərhəd Xidmətinin məlumatına əsasən bildirilir ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 149 ölkəsindən 246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2021-ci ilin ilk üç ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,1, Rusiya Federasiyasına gedənlərin sayı 2,6, Türkiyəyə gedənlərin sayı 2,6, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır.

2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 58,4 faizi hava, 39,2 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

                                                                                                            “Respublika”.