Dünyaşöhrətli siyasətçi
Siyasət

Dünyaşöhrətli siyasətçi

Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallasdırmış, fenomen lider imicini qorumusdur. Ümummilli lider bütün sahələrdə dərin bir irs qoymuşdur.

Hər bir azərbaycanlı üçün doğma və əziz olan Heydər Əliyev dünyaşöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də, dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər onu həmişə yüksək dəyərləndirir, onunla razılaşırdılar. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə borcluyuq. Heydər Əliyev bütün mənalı ömrünü xalqına xidmətə sərf etmişdi.

Nüfuzlu siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə ümidini itirmirdi. Çünki baş verən təhlükələr həyatın bu və digər mürəkkəblikləri Heydər Əliyev tərəfindən həll ediləcəyinə şübhə yoxdur. Azərbaycan vətəndaşı əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəl şəxsiyyətin çətin situasiyalar üzərində növbəti zəfərini alqıslamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.

Ümummilli liderimiz xalqın çağırışına müsbət cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmusdur. Ümummilli liderimizin siyasi cazibəsi, fenomen yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və həm də qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səristəsi onun siyasi portretinin parlaq cizgiləri kimi təcəssüm olunmusdur.

Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsizhüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. Heydər Əliyev dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalısdı. Müqəddəs amalı və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuz və əbədidir. Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng isləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Buna görə də, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki, odlar yurdu Azərbaycan var olacaq, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli liderimiz bu gün cismən aramızda olmasa da, Heydər Əliyevin sönməz ideyalarının davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasətin dəyişməz olduğu və yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət müasir dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Ulu öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün parametrlərinə görə dərin elmi əsaslara, mütərəqqi üsullara söykənir.

Heydər Əliyevin ən böyük arzusu doğma Qarabağı düşmən əsarətindən azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verir, Ermənistanın əzəli torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin arzuları nəhayət ki, həyata keçdi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini 2020-ci il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: "Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. ...Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Bəli, bu qədim yurd yerimizin azadlığı ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fikrincə desək: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

Vəli ALBƏNDOV,

"Qarabağ E.R." Məhdud Məsuliyyətli

Cəmiyyətinin direktoru,

Əməkdar mühəndis, YAP üzvü.