Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək
Digər xəbərlər

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 2-də Füzuli rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AZƏRTAC