Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edib
Sosial həyat

Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edib

Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov Qazax rayonunda Qazax, Ağstafa, Tovuz digər rayonlardan olan vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilib, bu zaman Vətən müharibəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Müraciətlərdə qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib.

Bölgə sakinləri onlara göstərilən diqqət qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində ədliyyə naziri, həmçinin, yerli ədliyyə orqanlarının məhkəmənin şəraiti ilə tanış olub, ədliyyə işçiləri hakimlərlə görüşüb.

Görüşdə bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə məhkəmə sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlardan bəhs olunub.

Nazir dövlət başçısının tapşırığına əsasən "Elektron məhkəmə" sisteminin tətbiqi üzrə işlərin artıq başa çatdırılaraq Gəncə Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan məhkəmələrin, o cümlədən Qazax Rayon Məhkəməsinin qoşulması ilə e-məhkəmə sisteminin bütün ölkəni tam əhatə etdiyini vurğulayıb, bu münasibətlə Şəmkirdə yenicə Dünya Bankının iştirakı ilə yekun mərasimin keçirildiyini qeyd edib. Qarşıda duran vəzifələrə toxunaraq, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq tövsiyələr verib.

Ülvi QARAYEV,

Respublika”.