“Efes-2022
Digər xəbərlər

“Efes-2022" çoxmillətli təlimi davam edir

Türkiyənin İzmir şəhərində keçirilən "Efes-2022" çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti günündə ssenariyə uyğun olaraq, sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edirlər.

AZƏRTAC