Ekofəalların haqlı mübarizəsini dünya birliyi də dəstəkləyir
Digər xəbərlər

Ekofəalların haqlı mübarizəsini dünya birliyi də dəstəkləyir

Şaxtalı, qarlı qışı geridə qoyan ekofəallar bərəkətli Qarabağ torpaqlarında baharı qarşılayır. Bu yerlərin qışı qədər sərt, soyuq olsa da, yazı da o qədər gözəldir. Tanrı Qarabağ torpaqlarından heç nəyi əsirgəməyib. Təbiəti gözəl olduğu kimi, həm zəngindir. Münbit torpaqların üst qatı əkin-biçin üçün yararlıdır. Alt qatında isə olduqca zəngin təbii sərvətlər yatır. Elə bütün bunları yaxşı bilən ermənilər 30 illik işğal dövründə Qarabağ torpaqlarının yeraltıyerüstü sərvətlərindən necə lazımdır yararlanıblar. Özləri xeyrini görsə , təbiət ziyanını çəkib. Çünki Ermənistan ötən dövrdə əraziləri məhv edərək talan edib. Meşələri doğrayıb yaxud da yandırıblar.

Ekoloji terror törədərək qazıntı apardıqları əraziləri məhv edib, çaylarımızı kimyəvi maddələrlə çirkləndiriblər. Faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçiriblər. Xüsusilə, "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar ediblər. Elə bu səbəbdən ötən ilin dekabr ayının 12-dən başlayaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar QHT təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilir. Artıq 108 gündür böyük əzm iradə nümayiş etdirən gənclər öz tələblərində israrlıdırlar. İlk gündən öz haqlı mübarizələrinə necə başlamışdılarsa, bu gün eyni həvəs mətanətlə davam edirlər.

Bu müddətdə ekofəalların bir şüarı olub, aksiya dinc xarakterlidir. Heç bir təxribatçı hərəkətə yol verilə bilməz. Eyni zamandaaksiya keçirilən ərazinin dünya mediası qurumları üçün açıq olduğunu bəyan etmişdilər. Ekofəallar bütün hallarda onların aksiyasında iştirak etmək olanları öz gözləri ilə görmək üçün beynəlxalq təşkilatları əraziyə dəvət ediblər. əlbəttə ki, müxtəlif vaxtlarda da xarici media beynəlxalq təşkilatların nümayəndələri aksiya keçirilən əraziyə gələrək heç bir blokadanın olmadığını müşahidə etmişlər.

Xüsusilə, ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ərazidə humanitar yardımların daşınması təmin olunması işində iştirak edib. Yolun humanitar yardımlar üçün açıq olduğunun şahidi olublar. Əlbəttə ki, dinc şəkildə keçirilən aksiya bölgəyə gələn avtomobillərin hərəkətinə heç bir maneə törətmir. Ekofəalların yeganə məqsədi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. onlar tələbləri yerinə yetirilənə kimi aksiyanı davam etdirməkdə israrlıdırlar. Ermənilər isə dünyaya yalan informasiya ötürərək fikirləri yanlış istiqamətə yönəltmək istəyirlər. Guya Xankəndi şəhərində yaşayan erməni əsilli vətəndaşlar blokada şəraitində yaşayırlar. Ekofəalların keçirdikləri aksiya nəticəsində əziyyət çəkirlər. Lakin bütün bunlar yalan iftiradan başqa heç nəyi ifadə etmir. Yol humanitar yardım üçün tam açıqdır. Hər dəqiqə yolda avtomobillərin hərəkəti müşahidə olunur. Yaranmış hər hansı zəruri ehtiyac zamanı isə lazım olan bütün yardım köməkliklər edilir. Ötən müddət ərzində səhhətində yaranmış problemlərlə bağlı onlarla insan təcili yardım vasitəsilə Xankəndidən Ermənistana heç bir maneə göstərilmədən  aparılıb. Lazım olan yardımlar edilib.

Aksiya iştirakçıları məsələyə çox həssas yanaşırlar. Tələblərində israrlı olduqları kimi, bölgə əhalisinə qarşı da diqqət qayğı ilə yanaşırlar. Dəfələrlə ekofəallara kömək üçün müraciət edən ermənilərə lazımi kömək göstərilib. Aksiya iştirakçısı olan Azərbaycan gəncləri yaxşı bilir ki, mübarizələrini öz torpaqlarındaöz ərazilərində aparırlar. Hansısa bir ölkənin ərazisinə təbii sərvətlərinə qarşı iddialı deyillər. onu da çox gözəl anlayırlar ki, Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşıdır. Onların da hər hansı problem çətinliyinin həlli  birbaşa Azərbaycan dövlətinin işidir. Ermənistan bunu qəbul etsə , etməsə . Artıq bu məsələdə  Qarabağ ermənilərinin düşüncəsi fərqli məcraya yönəlib.

Onlar öz gələcək həyatlarının daha etibarlı şəkildə təmin olunmasını Azərbaycanda görür, nəinki Ermənistanda. Əlbəttə ki, Hayastan yaranan mənzərədən çox narahatdır. Vəziyyətdən çıxış yolunu isə dünyaya yalan informasiya ötürməklə, kimlərdənsə imdad ummaqda görür. Sözsüz ki, dünya birliyi həqiqətin nədən ibarət olduğunu çox gözəl anlayır. Ötənlərdə olduğu kimi, ermənilərin yalançı göz yaşlarına tülkü kimi bic fəndlərinə inanmırlar. Elə o səbəbdən aksiya keçirilən əraziyə gələn beynəlxalq təşkilat qurumların sayı günü-gündən artır. Xarici media nümayəndələri ərazidən geniş reportajlar hazırlayır. Demək ki, dünya dövlətləri birbaşa yaxud da dolayısı ilə azərbaycanlı ekofəalların haqlı mübarizəsini dəstəkləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".