Ekoloji aksiya
Ekologiya

Ekoloji aksiya

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiəti qoruyaq, plastik tullantılara yox deyək!” devizi altında ekoloji aksiya və təlim keçirilib. Bu barədə RİİB-nin mətbuatında bildirilir.

Aksiya çərçivəsində Səhmdar Cəmiyyətin əməkdaşları RİİB-in könüllüləri ilə birgə Gəncə-Daşkəsən iqtisadi rayonunun ən böyük su hövzələrindən biri olan  Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təmizlik aksiyası təşkil edilib.

“Respublika”.