Reklam və elanlar

"EL LOGISTICS GROUP" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə vəziyyəti haqqında hesabat

 "EL LOGISTICS GROUP" Qapalı Səhmdar Cəmiyyətinin Rəhbərliyinə

Rəy

Biz "EL LOGISTICS GROUP" Qapalı  Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatdan, mənfəət və zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, "Rəy üçün əsaslar" bölməsində əks etdirilmiş məsələlərin nəticələri istisna olmaqla əlavə edilmiş maliyyə hesabatları 31.12.2021-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmçinin həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks olunmuşdur. Biz Azarbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tələblərinə uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır, İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi əks etdirən auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər saxtakarlıq, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu  olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

31 yanvar 2022-ci il

"BAKİNAR AUDİT" MMC-nin direktoru,

Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü,

Auditor:

Piriyev Abdulla Vaqif oğlu

Azərbaycan Respublikasının Auditorlar Palatası

tərəfindən 24.09.2021-ci il tarixdə verilmiş

İCAZƏ №SA/476