Əl-Şərqavi: Dağıdılmış qəbirlər onu göstərir ki, ermənilərdə insanlıq hissi qalmayıb
MÜSAHİBƏLƏR

Əl-Şərqavi: Dağıdılmış qəbirlər onu göstərir ki, ermənilərdə insanlıq hissi qalmayıb

Mən Cəbrayılda gördüklərimdən dəhşətə gəlirəm. Dağıdılmış qəbirlər, insan sümüklərinin çıxarılması onu göstərir ki, ermənilərdə insanlıq hissi qalmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında misirli tədqiqatçı Əhməd Abdulvahab əl-Şərqavi deyib.

O qeyd edib ki, 20 il ərzində dünyanın müxtəlif bölgələrində vandalizmə dair araşdırmalar aparmasına baxmayaraq, erməni işğalçılarının törətdiyi vəhşiliklərə heç yerdə rast gəlməyib. “Buradakı dağıntılar əsl barbarlıqdır və erməni terrorçularının əsl simasını göstərir. Ermənilər təkcə Azərbaycan ərazisində deyil, eyni zamanda, Şərqi Anadoluda türklərə qarşı bu cür barbarlıq aktları törədiblər. Bu olanlar onların əsl simasını göstərir”.

AZƏRTAC