Əl-Tüveycri: Azərbaycan Prezidenti dünyada baş verən problemlərin həllinə töhfə verir
MÜSAHİBƏLƏR

Əl-Tüveycri: Azərbaycan Prezidenti dünyada baş verən problemlərin həllinə töhfə verir

Qlobal Bakı Forumu kifayət qədər mühüm əhəmiyyətə malik tədbirdir. Burada müxtəlif ölkələrdən olan önəmli insanlar dünyada baş verən problemləri aradan qaldırmaq üçün fikir mübadiləsi aparırlar. Bunu ISESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O qeyd edib ki, Forumda dünyanı ən çox narahat edən iqlim dəyişiklikləri, müharibə və münaqişələr mövzularında danışılır. "Mövzuların zənginliyi bu tədbirin dünya üçün əhəmiyyətini göstərir. Belə mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, onu göstərir ki Azərbaycan Prezidenti dünyada baş verən problemlərin həllinə töhfə verməyə çalışır", - deyə sabiq Baş direktor bildirib.