Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
Digər xəbərlər

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə işçi qruplarının üzvlərinə Şuşa şəhərinin baş planı, nəqliyyat və mühəndis kommunikasiya infrastrukturu barədə məlumat verilib.

İşçi qrupların üzvləri, həmçinin Şuşa şəhərində Şuşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçirəcəklər.

AZƏRTAC