Elmar Qasımov: Arzum budur Şuşada idman yarışları keçirilsin
MÜSAHİBƏLƏR

Elmar Qasımov: Arzum budur Şuşada idman yarışları keçirilsin

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında hər şey yüksək səviyyədə təşkil edilib. Festivalda iştirak etməkdən çox sevincliyəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində cüdoçu Elmar Qasımov söyləyib.

"Təəssüflər olsun, belə füsunkar təbiəti olan bu ərazilər 30 ilə yaxın erməni işğalında olub. Bu müddət ərzində buraları görmək bütün gənclər kimi mənə də nəsib olmayıb. Çox sevinirik, artıq bu torpaqlar düşmən tapdağından azad olunub. Buraların gözəl, unikal təbiəti var. Festivalda təqdim olunan təamlar çox xoşuma gəldi. Bunlar yüksək peşəkar aşpazlar tərəfindən hazırlanıb. İnanıram ki, burada iştirak edən xarici qonaqlar da öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar. Burada tezliklə belə beynəlxalq festivallarla yanaşı, idman yarışlarının da keçirilməsini arzulayıram", - deyə cüdoçu qeyd edib.

AZƏRTAC