“Ən yaxşı tank heyəti
Digər xəbərlər

“Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrini yerində və hərəkətdə olarkən məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.

AZƏRTAC