Energetika naziri
İQTİSADİYYAT

Energetika naziri "Boston Consulting Group" şirkətinin nümayəndələri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov "Bakı Enerji Həftəsi" çərçivəsində ölkəmizdə səfərdə olan "Boston Consulting Group" şirkətinin İcraçı direktoru Pattabi Seshadrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ənənəvi enerji resurslarının ixracı istiqamətində ölkəmizin uğurları, energetika sahəsində həyata keçirilən islahatlar, liberal elektrik enerjisi bazarının yaradılması üçün atılan addımlar, enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə reallaşdırılan layihələr, yaşıl elektrik enerjisi hidrogen ixracı üzrə qurulan əməkdaşlıqlar adıçəkilən istiqamətlərə xarici investisiyaların cəlbi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Söhbət zamanı şirkətin iqlim dəyişikliyi davamlılıq, aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçid kimi istiqamətlərdə fəaliyyətindən bəhs edilib, Azərbaycanda həyata keçirilən layihələrə maraq ifadə olunub. Gələcək əməkdaşlıq imkanlarına dair ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılığa gəlinib.