Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Sosial həyat

Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun aprelin 15-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul aprelin 21-də saat 11:00-da keçiriləcək.

Nazir Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "[email protected]" elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin "974" Çağrı mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, (050) 668-61-24 nömrəli telefon və ya "[email protected]" elektron poçt ünvanı vasitəsilə müraciət etməlidirlər.

Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin "www.minenergy.gov.az" internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi və Nazirliyin feysbuk səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

AZƏRTAC