Ərazilərimizdə ətraf mühitə vurulmuş ziyanın qiymətləndirilməsinə dair təkliflərimizi sülhməramlılara təqdim etdik
MÜSAHİBƏLƏR

Ərazilərimizdə ətraf mühitə vurulmuş ziyanın qiymətləndirilməsinə dair təkliflərimizi sülhməramlılara təqdim etdik

Bu gün Rusiya sülhməramlılarının qərargahında bizim əsas problemlərimizdən biri olan ətraf mühit - Dəmirli və Qızılbulaq yataqlarının qeyri-qanuni işlənməsi və ətraf mühitə vurulmuş ziyanın qiymətləndirilməsi məqsədilə monitorinqin keçirilməsi ilə bağlı hazırladığımız yol xəritəsinə dair təkliflərimizi verdik. Ümid edirik ki, sabahdan işlərimizi davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov dekabrın 7-də jurnalistlərə müsahibəsində deyib.

AZƏRTAC