Ərəb mediası Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışını geniş işıqlandırıb
Digər xəbərlər

Ərəb mediası Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışını geniş işıqlandırıb

Ərəb mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışından əsas məqamlarını oxucuların diqqətinə çatdırıb.

AZƏRTAC xəbər verir ki, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Liviyanın qəzet və portallarında Prezident İlham Əliyevin regionda yaranmış vəziyyətlə bağlı MDB dövlət başçılarını məlumatlandırdığı qeyd olunub. "Darelhilal", "Almasralyoum", SANA agentliyi, "Alwasat", "Alkhaleej" və s. kütləvi informasiya vasitələrinin materiallarında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun ünvanına səsləndirdiyi sərt fikirlər yer alıb. Dövlət başçısının mövqeyini əks etdirən bu fikir xüsusi vurğulanıb ki, Fransa hökumətinin yanlış və qərəzli münasibəti səbəbindən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynaması qeyri-mümkündür.

Ərəb mediasının xəbərlərində, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidentinin fikirlərini pisləyən bəyanatı da yer alıb.

AZƏRTAC