Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilib
Siyasət

Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilib

Dekabrın 29-da bir nəfər erməni əsilli mülki şəxs, 24 aprel 1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd edək ki, cari il noyabrın 26-da da daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.

 

Beş nəfər erməni hərbçi qarşı tərəfə qaytarılıb

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan Respublikasının vasitəçiliyi ilə beş nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmin şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmış erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan beş nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 1 noyabr 1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18 iyun 1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 8 yanvar 1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16 aprel 1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 4 oktyabr 1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Dövlət Komissiyasından bildirilib ki, 2021-ci il noyabrın 26-da, dekabrın 4-də və 19-da da Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.

AZƏRTAC