Erməni kilsəsi - terror yuvası
Siyasət

Erməni kilsəsi - terror yuvası

Adətən din insanları birliyə, sülhə, barışa, ədalətə səsləyirsə, din adamları da bunun təbliğatını aparır. Amma günümüzdə bir çox dövlətlər öz xain xislətini dinlə pərdələyərək siyasi maraqlarını hər şeydən üstün tuturlar. Eynilə qərb qonşumuz kimi.

Mənfur ermənilər xristian dininin daşıyıcıları olsalar da, həm katoliklərdən, həm provaslavlardan daim uzaq gəzmişlər. Buna əsas səbəb isə onlarda kilsənin hər zaman açıq siyasətlə məğşul olması terrora dəstək verməsidir. Bu fakt Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük müharibədə özünü təsdiqləmişdir. Belə ki, ermənilərin dini lideri II Qaregin döyüşlərdə qan tökmək, hətta azərbaycanlıları qətlə yetirmək barədə bir sıra göstərişlər verirdi. Həmçinin, erməni hərbi komissarlıqlarının keşişlərin rəsmi şəkildə hərbi xidmətə çağırması da bunun təzahürüdür. Məsələnin ən gülünc tərəfi isə çağırışa etiraz edənlər barəsində cinayət işinin açılması, yaxud həmin şəxslərin dini vəzifədən uzaqlaşdırılmasıdır. Bundan başqa, Birinci Qarabağ savaşında üzərində xaç çəkilmiş erməni tankları bizim üçün heç bir əhəmiyyət kəsb etməsə , düşmən üçün uzun illərdən bəri davam edən təbliğatın inikası hesab olunur.

Ermənistanın əzəldən bəri terrorçu qismində çıxış etdiyini nəzərə alsaq, sadaladıqlarımız heç təsadüfi deyil. Xatırladaq ki, tarixdə uzun müddət erməni dövləti deyə bir anlayış olmayıb. Tayfa halında yaşayan toplumun tək çıxış yolu isə kilsənin ətrafında birləşmək idi. Buna görə kilsə nəinki dini, hətta siyasi məsələlərə baxırdı. Lakin buradakı "dini məsələlər" xadimlərin siyasi təbliğatından ibarət idi. Belə ki, onlar əhalini əllərində oyuncağa çevirir, müxtəlif siyasi hərbi güclərə dəstək tələb edirdilər. Sözügedən xadimlər bununla yanaşı, əhalidən ianə toplayırdılar. Erməni dövləti yaratmaq ideyası da məhz ruhanilərə məxsusdur. Çünki Qriqoryan kilsəsinin mövcudluğunu qoruya bilmək üçün tək ehtiyacı dövlət idi.

1895-1913- illərdə Rusiyanın Türkiyədəki konsulu diplomatı olan general Vladimir Mayevski kilsələrin fəaliyyəti barədə qeyd etmişdir: "Erməni dini liderlərinin dini fəaliyyəti yoxa bərabərdir. Onlar ibadətdənsə, özləri ilə bağlı fikirlərin yayılması sahəsində daha böyük işlər görməklə məğşuldurlar". Digər bir mühüm məqam terror yuvası olan kilsələrin məhz erməni partiya təşkilatlarının yaradılmasında fəal iştirakıdır. Təsadüfi deyil ki, bu gün həmin partiyalarla sıx əlaqələr qalmaqdadır. Bu partiyalar da demək olar ki, bütün fəaliyyətlərində kilsə ilə məsləhətləşirlər.

Ölkədə sovet hakimiyyəti qurulduqdan sonra, Qriqoryan kilsəsinin SSRİ sərhədlərindən kənarda fəaliyyəti qismən zəifləmiş, kilsə xaricdə diaspor təşkilatlarının siyasi partiyaların əlaltısına çevrilmişdir. Burada ilk vaxtlarda kilsənin siyasilər üzərində rəhbərliyi var idisə, daha sonra kilsə üzərində siyasilərin hakimiyyəti üstünlük təşkil edirdi. Həmin dövrdə kilsələrin idarəçiliyində Daşnaksütyun partiyasının da mühüm rolu olmuşdur. Bu baxımdan, erməni terrorçuları siyasiləri ilə Qriqoryan kilsəsinin sıx əməkdaşlığı təsadüfi deyil. Ən diqqətçəkən məqamlardan biri erməni terror təşkilatlarının kilsəsinin SSRİ-, hətta Rusiya ərazisində belə qorxunc terror hadisələri törətməsidir.

Cəlil Məmmədquluzadənin "Axund ilə keşişin vəzi" felyetonunda erməni keşişlərinin çirkin təbliğatları belə təsvir olunur: "Keşişin belə səsi gəlirdi: Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr zülmünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi qüvvətli bimürvət tayfaların yumruğunun altında pamal olublar: bununla belə erməni ölüm halında can verə-verə yenə deyib: "vətən, vətən, millət, hayreniq!". Burada kilsələrin öz xalqının beynini necə yuduğu, saxta tarixlə onları ömürlük yalana məhkum etdiyi bir daha təsdiqlənmişdir. Şübhəsiz, bu cür siyasi, ideoloji təbliğatın nəticəsində ermənilər qonşu xalqlara nifrət, kin bəsləmiş, ilk fürsətdə terrora əl atmışlar.

Xüsusi vurğulamaq lazımdır ki, Qafqazda azərbaycanlılara qarşı genosid aktlarında erməni dindarlarının iştirakı ilə bağlı kifayət qədər sübutlar da var. Bütün faktlara nəzər yetirsək, mənfur Ermənistanın öz xain niyyətini həyata keçirmək üçün necə yollara əl atdığının bir daha şahidi olarıq. Görünür, Ermənistan "dini yeyib, imanını da arxaya atıb".

Nəzrin ELDARQIZI,

"Respublika".