ERMƏNİ VANDALİZMİ
Tarix

ERMƏNİ VANDALİZMİ

Azərbaycan torpaqlarına köçürülmüş ermənilər öz mövqelərini möhkəmləndirmək üçün 1905-ci ildən yerli əhaliyə qarşı planlı kütləvi  silahlı basqınlar etmiş, təxribatlar aparmış hücumlara məruz qoymuşdurTəkcə 1905-1907-ci illərdə ermənilər onlarla genişmiqyaslı əməliyyat həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməklə soyqırımı siyasətini daha da genişləndirmişlər. Bundan sonra qədim yurd-yerlərimiz olan İrəvanda zaman-zaman soydaşlarımız təqiblərə məruz qalmışdır. 1918-1920, 1930-1940, 1948-1952 1988-ci illərdə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdü

1918-ci il martın 26-dan aprelin 1- kimi Şaumyan, Arakelyanı Əmiryanın ideya müəllifliyi ilə kütləvi qırğınlar törədilmişdi. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər qəzalarda on minlərlə dinc sakin məhz etnik dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələrimədəniyyət abidələri, məscid qəbiristanlıqlar vəhşicəsinə dağıdılmışdır. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri havadarlarının köməyi ilə qeyri-insani əməllərini davam etdirmiş, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, Lənkəran, İrəvan digər bölgələrdə kütləvi qətllər, talanlar etnik təmizləmələr həyata keçirmişlər.

Sözügedən bölgələrdə erməni şovinistləri  tərəfindən otuz mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz doğma, qədim torpaqlarından  qovulmuşdur. Təkcə Bakıda on bir minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş, onların çoxunun meyitləri tapılmamışdır.

O dövrün tarixçilərinin şahidlərinin dediklərinə görəşəhər yerdən havadan bombardman edilmişdi. Dinc azərbaycanlı əhalini diri-diri su neft quyularına, dənizə, yanar təndirlərə  atırdılar ki, törətdikləri cinayətin izini itirsinlər. Hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün "türk, müsəlman" olmaq kifayət edirdi. İş o yerə çatmışdı ki, daşnaklar "biz, bolşeviksosialist bilmərik, müsəlmansan, kifayətdir", - deyə hətta müsəlman sosialistlərini belə qırdılar…".  Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilmişdir

Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi

Bu qanlı faciə zamanı Bakı şəhəri camaatından 400 milyon manatlıq daş-qaş əmlak müsadirə olunmuşdur. 1918-ci ildə törədilən bu faciə zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar

1918-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da erməni faşistləri tərəfindən soyqırıma məruz qalmışdırlar. Belə kierməni quldurları "böyük Ermənistan" yaratmaq üçün Qərbi Azərbaycandakı müsəlman əhalini oradan çıxarmağa çalışırdılar. Həmin il aprel ayının sonunda bu ərazidə 199 müsəlman kəndi dağıdıldı.

Bu ağır olduqca  çətin günlərdə Nuru Paşanın, Mürsəl Paşanın rəhbərlik etdiyi türk ordusu xalqımızın imdadına çatdı. Əfsanəvi general-leytenant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu xalqımızın azadlığı istiqlaliyyəti uğrunda böyük şücaət qəhrəmanlıq göstərdi. Bakını erməni faşistlərindən azad edərkən minlərlə türk oğulları qəhrəmanlıqla həlak oldular. Qafqaz İslam Ordusunun verdiyi bu şəhidlər bugünkü gəncliyimiz üçün unudulmazdır.

Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikaya xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə düzgün siyasi hüquqi qiymət verilməsi üçün məqsədyönlü işlər aparılmışdır. Azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə məhz ilk dəfə ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman ilə siyasi qiymət verilib 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Bu kütləvi amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan xalqının varlığını, dövlətçiliyini, dövlət müstəqilliyi uğrunda mücadiləsini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, həm bütün insanlığa qarşı cinayətdir bəşər tarixində insanlığa qara ləkədir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl fəaliyyət uğurla davam etdirilmişdir. Dövlət başçısı Azərbaycan xalqına dünya ictimaiyyətinə müraciətlərində azərbaycanlılara qarşı törədilən faciəni insanlığa qarşı ən qəddar amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib.

İkili standartlara ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında əsl həqiqəti artıq etiraf etməli olublar. Bu baxımdan, soyqırımı qurbanlarının xatirəsini anma bütün dünyada getdikcə daha geniş xarakter almışdır. Ermənilərin törətdikləri soyqırımdan uzun illər ötməsinə baxmayaraq, bu vəhşiliklər, barbarlıqsoydaşlarımızın başına gətirilən müsibətlər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Bu faciəni xalqımız heç vaxt unutmayacaq

Bəli, 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizmini tam  təsdiqləyən əyani dəlillərdir.

Zabit XƏLİLOV,

"Respublika".