Erməni vandallarının qanlı cinayətləri
MÜSAHİBƏLƏR

Erməni vandallarının qanlı cinayətləri

Tarixi mənbələr göstərir ki, son 200 ildə türk xalqlarına qarşı düşmənçilik mövqeyində duran faşist xislətli ermənilər xalqımıza qarşı bir sıra vəhşilik və qanlı cinayətlər törətmiş, Qərbi azərbaycanlılar mərhələ-mərhələ deportasiyaya məruz qalmışlar.

Ermənilər XX əsrin əvvəllərində Qərbi Azərbaycanın müxtəlif şəhər, qəsəbə və kəndlərində dinc insanlara zülm və işgəncə vermiş, çoxları ata-baba yurdlarını məcburən tərk etmişlər.

Daşnak quldurlar 1918-20-ci illərdə İrəvan şəhəri, Göyçə mahalı, Zəngəzur, Zəngibasar, Çəmbərək və digər Qərbi azərbaycanlılara xəyanət toru hazırlamış, talanlar etmiş, dinc insanları qəddarlıqla qətlə yetirmiş, köç karvanları Azərbaycana üz tutmuş, dünya birliyi isə bu hadisələrə göz yummuşdu.

Hətta 1918-ci ildə Amasiya rayon sakinlərindən çoxları erməni vəhşiliyinə dözə bilməyib qardaş Türkiyəyə üz tutdular. 1948-53-cü illərdə ermənilər öz havadarlarının köməyi ilə mənfur niyyətlərini reallaşdırdılar və Qərbi Azərbaycandan könüllülük prinsipi altında minlərlə dinc insan Azərbaycanın Kür-Araz ovalığına və digər isti yerlərinə köçürüldü.

1988-ci ildə "Qızıl Moskva"nın satqınlığı ucbatından Qərbi Azərbaycandan 200 mindən çox soydaşımız öz ata-baba torpaqlarından zorla qovuldu. Qərbi Azərbaycan torpağında bir nəfər olsun azərbaycanlı qalmadı.

1989-cu ildən etibarən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" yaradıldı. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrildi. İcmanın yeni Nizamnaməsi təsdiq olundu. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.

Qərbi Azərbaycan İcması 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Bu günlərdə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş, ölkə başçısı qeyd etmişdir ki, Qərbi Azərbaycan İcmasının təsis edilməsi tarixi hadisədir.

Toplantıda Prezident İlham Əliyev demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Qərbi azərbaycanlılarda heç vaxt inam itməyəcək. Gün gələcək Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan əzəli yurd yerlərimiz geri qaytarılacaq, haqq, ədalət bərpa olunacaqdır.                        

İmran QURBANOV,

həkim.