Erməni vəhşiliyinin təzahürü
Digər xəbərlər

Erməni vəhşiliyinin təzahürü

İmperialist dövlətlər tərəfindən əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin mənəvi hüquqi baxımdan heç bir bəraəti olmayan əməlləri XX əsrin əvvəllərindən başlayaraq 1918-ci ildə özünü ən pik həddə göstərib. Normal insan təfəkküründən uzaq olan erməni millətçiləri var olduğu gündən nəinki regionumuza, hətta bütün dünyaya təhlükə saçır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev mart soyqırımını tarixi faktlara söykənən sübutlarla şərh edib: "Azərbaycan xalqına qarşı ermənilərin soyqırımlar törətməsinin tarixi hələ xanlıqların son dövrünə təsadüf edir. XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14- Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813- il oktyabrın 12- imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı Azərbaycan iki yerə bölündü. O zamandan da ermənilərin bu ərazilərə köçürülməsi başlanılıb. Beləliklə, ermənilərin Qafqaza planlı köçürülməsi nəticəsində Zaqafqaziyanı "qana boyamağın" bünövrəsi qoyuldu. 1813- ildən Azərbaycan torpaqlarına köçən ermənilər zaman-zaman yerli azərbaycanlıları yaşadıqları dədə-baba torpaqlarından köçməsi üçün kiçik həcmli hücumlar etməyə başladı bu, ildən-ilə daha da böyüyərək soyqırımlarına şərait yaratdı. 1905-1906- illərdəki hadisələrdən nəticə çıxarmayan Azərbaycanın o zamankı ziyalıları, ictimai xadimləri yerli əhali 1918-ci ilin 31 martında ağır formada qətliamla üz-üzə qaldı".

Ekspert qeyd edir ki, bu hadisələrin başında duran bolşeviklərin sağ əli Stepan Şaumyan idi. Əldə olan sənəd materialların hətta ötəri olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı Amazasp, Tatevos Əmirov başqaları kimi daşnakların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan, Zəngəzur Qarabağ) baş vermiş vəhşiliklər eyni dəst-xətti daşıyırdı. Bu qanlı cinayətlərin bir məqsəd - "böyük Ermənistan" naminə törədildiyi vahid mərkəzdən - Rusiyadan idarə olunduğu arxiv sənədlərindən aşkara çıxır.

S.Şaumyanın bu hadisələri ilk dəfə Tiflisdə həyata keçirmək istəyi olub, sonra isə Azərbaycanda. Lakin bu plan baş tutmadıqda, o, Bakıya gəlir. 1918-ci ilin əvvəllərində V.İ.Leninin İ.V.Stalinin imzaladıqları 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü.

Bolşevik-erməni planına görə, Moskva ermənilərə istinadən Qafqazda yerləsmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk İran yolu ilə cəbhədən dönən erməni alaylarını Bakıda toplayır, onlarla ruslardan ibarət "Qızıl ordu" təşkil edirdi. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil "Qızıl ordu"nun başına cəllad Avakyan keçmişdi. Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. Bu qətliamla 3 gün içərisində minlərlə günahsız azərbaycanlının qanı axıdıl-mış, mülklər, xanimanlar yerlə-yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün, 3 gecə yerdən, göydən dənizdən Bakıya bomba qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazasp Lalayan - Qubaya, qərbə - Şirvana cənuba - Muğan Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şamaxıda Əmirov, Salyan, Muğan, Lənkəran Astarada Lalayev vəhşiliklər edirdilər. Nəriman Nərimanov həmin günləri belə təsvir edir: "Müsəlman hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaklar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir".

Mart soyqırımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfındən 1919 1920-ci illərdə martın 31-i Milli matəm günü kimi qeyd olunmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. ABŞ-ın Nyu-York ştatının Senatı Nyu-Cersi ştatının Baş Assambleyası 31 Mart - Azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir". Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Qeyd edim ki, arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar bu cinayətlərə beynəlxalq hüquqi siyasi məsuliyyətin reallaşması üçün imkanlar açır.

Musa BAĞIRLI,

"Respublika".