Erməni yalanları
Siyasət

Erməni yalanları

Tarix dəfələrlə sübut edib ki, ermənilər cığal, yalançı, hiyləgər, başqalarının əmlakına, sərvətinə və torpağına göz dikən bir toplumdur. Əlləri daş altında qalan kimi saxta göz yaşları tökür, vay-şivən qoparır, ağalarının ətəyindən bərk yapışaraq kömək diləyir, dünyaya "qoymayın, bizi öldürürlər" tamaşası göstərməkdə çox mahirdirlər.

Üçtərəfli Bəyanatın tələblərinə əməl etməyən, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınan, silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan çıxarmayan, seperatçı və revanşist mövqedə dayanan Ermənistan yeni bir taktika seçib. Artıq tarixə qovuşmuş münaqişənin uzanmasında bilavasitə iştirak edən Ermənistanın keçmiş xarici işlər naziri V.Oskanyanı, digər separatçıları, oğru və quldur Vardanyan kimilərini Xankəndiyə göndərir, Araik Arutunyan kimi bir cinayətkarın ətrafına toplayır, orada yaşayan sadə ermənilərə yalan vədlər verir, ilan kimi dəridən-qabıqdan çıxır, erməni əhalini oranı tərk etməyə qoymurlar. Bəziləri bilməsə də, azərbaycanlılar ermənilərin dabbaqda gönünə bələddir. Nahaq yerə özlərini yormasınlar, Azərbaycan bütün Qarabağda müstəqil dövlətimizin qanunlarının tam şəkildə bərpa edilməsini mütləq həyata keçirəcək.

Azərbaycanlı fəalların və ekoloqların ermənilər tərəfindən Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı keçirdikləri dinc etiraz aksiyasına başqa don geyindirməyə çalışan Ermənistan XİN-in 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır, çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır. Bir daha bildirək ki, oğru Vardanyan və ətrafına topladığı ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında Azərbaycanın qızıl və mis mədənlərini qanunsuz olaraq istismar etdiklərinə görə bir aya yaxındır ki, ekofəallar və vətəndaş cəmiyyəti üzvlərinin etiraz aksiyası keçirilir. Ermənilərin yalanlarının əksinə olaraq dinc aksiyanın keçirildiyi Laçın-Xankəndi yolu etirazçılar tərəfindən humanitar məqsədlər üçün açılır və burada heç bir maneə yaradılmır. Son günlərdə Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 21 avtomobil maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır. Ermənistanın yalan və böhtan dolu bəyanatına Azərbaycan XİN-in verdiyi rəsmi bəyanat həqiqəti və mövcud reallığı əks etdirir, erməni yalanlarını ifşa edir. Bəyanatda deyilir ki, Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır. Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.

Əslində Ermənistanda cinayət törətdiklərini, təbii sərvətlərimizi qanunsuz istismar etdiklərini yaxşı anlayırlar, ancaq xəbis erməni xislətinin yaratdığı eybəcərliklərdən əl çəkə bilmirlər. Məhz buna görə də Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib. Müraciətdə deyilir ki, xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir. Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Müraciətdən də aydın olur ki, Laçın-Xankəndi yolunun bağlandığını, "humanitar fəlakət" uydurmalarını dünyaya car çəkən Ermənistan əslində Qarabağda hərbi təxribatlar törətmək üçün göndərdiyi silah-sursatları və digər hərbi ləvazimatları ört-basdır etməyə çalışır, erməni əxlaqına uyğun yalanlar uydurur, düşüncə və fikirləri çaşdırır. Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Rəsmi Bakı dəfələrlə, müxtəlif səviyyələrdə bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə heç bir fərq qoyulmayacaq, onların bütün hüquqları təmin olunacaq.

Bundan əlavə, rəsmi Bakı hansısa oyunlar naminə Qarabağa gətirilən şəxslərlə yox, buradakı ermənilərlə danışıq apara biləcəyini dəfələrlə bəyan edib. Çünki Xankəndidəki qondarma qurumun başçısı Araik Arutunyan, ermənilərə "xoşbəxtlik" bəxş etməyə gələn Vardanyan və digər daşnak çetesi cinayətkardır və onların bütün fəaliyyəti qeyri-qanunidir. Zaman məsələsidir, qəhrəman Silahlı Qüvvələrimizin bölmələri Xankəndidə və ətraf ərazilərdə antiterror əməliyyatları keçirəcək, cinayətkarlar gec-tez qanun qarşısında cavab verəcək, məhkəmə qarşısına çıxacaqlar. Erməni yalanlarına, saxta və uydurma xəbərlər yayanların əməllərinə son qoyulacaq.

Salman ALIOĞLU,

"Respublika".