Ermənistan beynəlxalq humanitar hüququ pozur
Digər xəbərlər

Ermənistan beynəlxalq humanitar hüququ pozur

Azərbaycan Xarici İşlər Nazirliyinin əsir hərbçilərimizlə bağlı məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb

Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu Hüseyn Axundov Aqşin Bəbirov Ermənistan tərəfə keçmişdiBir qədər sonra Ermənistanda saxlanılan hərbçilərimizin işgəncə şiddətə məruz qaldığını əks etdirən görüntülər sosial şəbəkələr vasitəsilə yayılmışdı.

Ermənistan əsir düşmüş əsgərlərimizi geri qaytarmaq əvəzinə, saxta məhkəmə quraraq  Ermənistan Baş Prokurorluğu bildirib kiAqşin Bəbirov barəsində 11,5 ay müddətində həbs qətimkan tədbiri seçilib. "Məhkəmənin" verdiyi qərara əsasən, Aqşin Bəbirov dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah döyüş sursatı daşımaqda, qaçaqmalçılıqda təqsirkar bilinir. Azərbaycan tərəfinin müraciətinə baxmayaraq, qarşı tərəf iki ölkə arasındakı normallaşma prinsipinə zidd olaraq hərbçilərimizi qaytarmaqda inadkarlıq edir. Əsir düşmüş hərbçilərimizlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Azərbaycan hüquq-müdafiə orqanları bütün beynəlxalq təşkilatlara müraciət edərək məsələyə obyektiv yanaşma tələb edir.

Mayın 24- Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu Axundov Hüseyn Əhliman oğlu ilə bağlı BMT Baş katibinə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının sənədləri kimi yayılıb. Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusunun əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur.

Məktubun sonunda BMT Baş katibi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə  pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyəti pisləməyə bu cür təxribatların dərhal dayandırılması, bu ölkənin öz beynəlxalq öhdəliklərinə uyğun olaraq girovluqda olan Azərbaycan əsgərlərini ləyaqət həyatlarına hörmət prinsipi əsasında dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.

Dövlət başçısının qeyd etdiyi kimi, danışıqlar prosesində ziqzaqlar edən, sülhə təhlükəsizliyə doğru deyil, yenidən münaqişəni alovlandırmağa cəhd göstərən Ermənistan Azərbaycanın uzatdığı barışıq əlini tutmaq əvəzinə, revanşizmə meyil edir. Bunun ağır fəsadlarından hələ çıxa biməyən bədnam qonşumuz regionun inkişafına töhfə vermək əvəzinə, qonşu ölkələrə qarşı qeyri-konstruktiv yanaşma sərgiləyərək öz sosial rifahını da pis vəziyyətə salıb. Demək olar ki, blokada halında yaşayan Ermənistan özünü beynəlxalq aləmdən, Azərbaycanın təşəbbüsü ilə reallaşan  qlobal layihələrdən kənarda qoyaraq iqtisadi siyasi cəhətdən çox geridə qalıb. Bu cür davranışlarla  sanki məğlubiyyətin heyfini çıxmağa çalışması da onlara yaxşı gələcək vəd etmir.

Ermənistanın üzərindəki digər bir öhdəlik isə hələ Birinci Qarabağ müharibəsi zamanı əsir girov götürülmüş şəxslərlə bağlı doğru, düzgün yanaşma sərgiləməməsidir

Musa BAĞIRLI,

"Respublika".