Ermənistan hakimiyyəti vətəndaşlarının hüquq və azadlıqlarına məhəl qoymur
Digər xəbərlər

Ermənistan hakimiyyəti vətəndaşlarının hüquq və azadlıqlarına məhəl qoymur

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra sələflərinin antidemokratik yoluna sadiq qalaraq  insan hüquq azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslərə, jurnalistlərə qarşı həbsləri davam etdirir. qədər özünü demokratiya keşikçisi kimi göstərməyə çalışsa da, Paşinyan hökuməti müxalifətin etirazlarını polis gücü ilə yatıraraq, Ermənistanın əslində demokratiyadan uzaq bir dövlət olduğunu nümayiş etdirir.

Xüsusilə 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşlərindən sonra Ermənistanda yenidən ara qarışmışdı. Müxalifət hesab edir ki, Paşinyan Ermənistanın maraqlarını satıb. Onlar Xarici İşlər Nazirliyindən baş nazirin fəaliyyətindən narazı olduqlarını bildirmiş, yürüş iştirakçıları Xarici İşlər Nazirliyinin binasının qarşısına toplanaraq giriş-çıxışı bağlamışdılar. İrəvanın müxalif partiyalara etiraz aksiyasında iştirak edən insanlara söz haqqı verməməsi insan hüquqlarının pozulması demokratik dəyərlərin tapdalanmasıdır. Lakin Qərbin bütün  bu olanlara seyirçi qalmasında bir çox amillər var. Hər zaman Azərbaycanı bu istiqamətdə ittiham edən beynəlxalq təşkilatlar Ermənistanda olan qanun pozuntularına gəlincə isə ikili standartlar həyata keçirir. Bunun birinci səbəbi kimi qeyd etmək olar ki, Nikol Paşinyan əvvəlki sələflərindən fərqli olaraq qərbyönümlü siyasət aparır Rusiyanın maraqlarını Qərbin ayağına verir. Bu səbəbdən qarşılıqlı "jest" olaraq İrəvana belə güzəştlər edilir. 2022-ci il aprel-iyul aylarında bu ölkədə baş verən etirazlar zamanı polislər nümayiş iştirakçılarına qarşı səs qumbaralarından, dəyənəklərdən istifadə etsə , bu hallara beynəlxalq təşkilatlar göz yumdu.

Etiraz aksiyalarında müharibədə ölmüş əsgərlərin yaxınları iştirak edirdi. Onlar Qarabağ müharibəsində ölən övladlarının günahını birbaşa Ermənistanın hakim dairələrində görürlər. Etiraz aksiyalarını hökumətin "kütləvi iğtişaşlar" kimi qələmə verməsi Paşinyanın xalqına söz haqqı tanımamasını göstərir. Baş verən qeyri-insani münasibətlərə qarşı həssas yanaşılması məqsədilə Azərbaycanda Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub. Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq azadlıqlarının pozulması halları, media işçilərinə qarşı açılmış cinayət işləri, mülki əhaliyə qarşı qəddar münasibət göstərilib. Hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə diqqət mərkəzinə gələn beynəlxalq təşkilatlar onlara təqdim olunan bu hesabatdan sonra edəcəkləri barəsində düşünməlidirlər.

Regionda sülhün təhlükəsizliyin təmin olunmasına çalışan Bakı zaman-zaman beynəlxalq qurumların qeyri-obyektiv yanaşmalarına tuş gəlib. Onlar Azərbaycanda sabitliyin bərqərar olmasına razı olmadıqları kimi, Ermənistanda da insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumurlar.

Musa BAĞIRLI,

"Respublika".