Ermənistan sülh müqaviləsi üzrə danışıqlara əngəl yaradır
Siyasət

Ermənistan sülh müqaviləsi üzrə danışıqlara əngəl yaradır

Ermənistan hərbi-siyasi rəhbərliyi həmişə olduğu kimi, sülh danışıqlarının intensivləşdiyi bir vaxtda qoşunların təmas xəttində yenidən vəziyyəti gərginləşdirir. Vaşinqton görüşündən sonra tərəflər müəyyən razılığa gəlsələr , işğalçı ölkə Azərbaycan ordusunun üzbəüz mövqelərini D-30 toplarından, minaatanlardan atəşə tutaraq, hücum PUA-larından istifadə edib. Mayın 11- Ermənistan silahlı qüvvələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu, Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

İki ölkə liderinin Brüssel platforması üzrə keçirdiyi danışıqlardan dərhal sonra şərti sərhəddə baş vermiş döyüş toqquşmalarında düşmənə layiqli cavab verilib. Mayın 18- Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq olunubAzərbaycan Ordusunun bölmələri itki verməyərək adekvat tədbirlər görüb.

Hərbi ekspert Ədalət Verdiyev son günlərdə atəşkəs rejiminin yenidən pozulmasına münasibət bildirib: "Biz dəfələrlə Ermənistanın sülh danışıqlarının  aktual olduğu  ərəfələrdə  təxribata yol verdiyinin şahidi olmuşuq. Son günlər təmas xəttində baş verən hadisələr, Emənistana aid PUA-ların Silahlı Qüvvələrimizin mövqelərinə qarşı hücum etməsi istisna deyil. Hesab edirəm ki, belə mürəkkəb vəziyyətdə Azərbaycan diplomatları siyasətçiləri danışıqlar prosesinə davam etməlidirlər". Hərbi ekspert bununla yanaşı, hərbçilərimizin öz üzərlərinə düşən vəzifələrini, o cümlədən ərazilərimizin təhlükəsizliyinin təmin edilməsi üçün daha adekvat təsirli addımlar atmalı olduğunu vurğulayıb.

 Ədalət Verdiyev hesab edir ki, tarixi torpaqlarımızda, suveren ərazilərimizdə, vətəndaşlarımıza hərbçilərimizə təhdid yaranması Azərbaycan üçün qəbul edilən bir məsələ deyil. Bunun qarşısının alınması gələcəkdə təkrarlanmaması üçün Azərbaycan Ermənistan arasında şərti sərhəd bölgəsində bufer ya təhlükəsizlik zonasının yaradılmasına vəziyyətdən çıxış yolu kimi baxıla bilər. Ermənistanın əsas məqsədi sülh müqaviləsi üzrə danışıqların predmetini şərti sərhəddə baş verən hadisələrə yönəltməkdir.

Musa BAĞIRLI,

"Respublika".