Ermənistanın daxili və xarici siyasətində böhran hökm sürür
Siyasət

Ermənistanın daxili və xarici siyasətində böhran hökm sürür

Ermənistanda daxili çəkişmələr dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. İkinci Qarabağ müharibəsində məğlub olan haylar baş nazir Nikol Paşinyanın qeyri-konstruktiv addımlarını pisləyir ölkənin hər tərəfini etiraz dalğaları bürüyüb.

Vətən müharibəsində Ermənistan 10 noyabr Bəyanatını imzalayaraq həm öz kapitulyasiya aktını təsdiqlədi. Məhz bu hadisədən sonra baş nazirin səriştəsiz siyasi gedişi ölkədaxili narazılıqların ana xəttini müəyyən etdi. Xarici siyasətdəki meyillilik prinsipi, qonşu dövlətlərlə stabil əlaqələrin mövcud olmaması digər səbəblər xalq tərəfindən birmənalı olaraq Paşinyana qarşı nifrət hissini daha da artırır. Bu çərçivədə Ermənistan mediasında baş nazirə qarşı münasibətin necə formalaşdığını aydın şəkildə görmək olar.

"Yerevan Today" Ali Avrasiya İqtisadi Şurasının iclası barədə Paşinyan haqqında yazır: "Moskva, necə deyərlər, Paşinyanın timsah göz yaşlarına inanmadı, digər tərəfdən, Paşinyanın hansı oyunu oynadığı hamıdan ağıllı olduğunu düşünərək necə axmaq vəziyyətə düşdüyü bütün iştirakçılara tam agah oldu".

"Pativ Unem" fraksiyasının katibi Mamicanyan Nikol Paşinyanın verdiyi bəyanatları tam əsassız sayaraq xalqı baş nazirə qarşı müqavimətə səsləyir. Katib, həmçinin Paşinyanın qarşısında iki yol olduğunu vurğulayıb. Onun sözlərinə görə, baş nazir ya Ermənistanın "ölüm sənədi" imza atmalı, ya da istefa verməlidir. Mamicanyan Paşinyan hökumətinin legitimliyindən şübhə duyduğunu da iddia edib. Bundan başqa, müxalifətçi Ermənistan əhalisinin 90 faizinin Paşinyanın fəaliyyətindən narazı olduğunu diqqətə çatdırıb.

Panorama.am xəbər saytına verdiyi məlumatda politoloq Stepan Danielyan baş nazir Nikol Paşinyanı Ermənistan cəmiyyətini parçalamaqda ölkənin maraqlarına zidd hərəkət etməkdə ittiham edir. O, Paşinyanın xarici aktorlardan dəstək almaq məqsədilə ölkənin milli maraqlarını gözdən saldığını bildirib. Danielyan, həmçinin hazırkı hakimiyyətin sadəcə "təbliğat hekayələri"ndən ibarət olduğunu deyib.

Ermənistandakı mövcud hakimiyyətin tənqidi ilə tanınan "Hraparak" nəşri isə mayın 29-da Ermənistan parlamentinin daimi komissiya iclasında büdcə məsələləri haqqında Paşinyanın çıxışını olduqca sərt tənqid edib: "Paşinyan da bütün keçmiş hökumət rəhbərləri kimi etdiklərini etmədiklərini təqdim edərək "müsbət" göstəricilərlə öyünür. Nikolun rəhbərliyi altında Ermənistan "çiçəklənməyə", "inkişaf" etməyə davam edir, sadəcə cəmiyyət pis paxıldır ki, bütün bunları görmür. İndi görün bu məmləkətin birinci adamı vətənə ona əmanət olunmuş insanlara qarşı qədər diqqətsiz məsuliyyətsiz davranır, ən çətin qərarları qəbul edərkən heç kimlə məsləhətləşməyən, özünün müəllifi olduğu əməllər nəticəsində zərərçəkənlərə yazığı gəlmir. O, Qarabağa itirilmiş arzularımıza görə özünü günahkar hiss etmir".

"Biz yenə tarixin kənarında qalmaq riski ilə üz-üzəyik. Çünki biz tamamilə gülünc bir prinsipə uyğun hərəkət edirik - əvvəlcə məhv edin, yalnız bundan sonra oturub fikirləşin ki, nəsə yaratmaq mümkündürmü?". Bu ifadələr "ArmenianReport" xəbər saytında dərc edilib. Bundan əlavə, xəbərdə Azərbaycanın Ermənistanla müqayisədə əzici üstünlüyü qeyd olunub: "Çin Azərbaycanla əməkdaşlıqda maraqlıdır, ABŞ prezidenti Bayden Ukraynaya kömək etdiyinə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edir, Azərbaycanı açıq şəkildə alqışlayır. Daha sonra İlham Əliyev Xəzər Baltik dənizi regionları arasında əlaqənin yaradılmasının zəruriliyini məqsədəuyğunluğunu bəyan edir. Bu şərtlərlə bütün kartlar Bakının əlindədir. Təəssüf ki, bu, acı reallıqdır".

"Respublika".