Ersin Aydoğan: Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına ən böyük dəstəyi Azərbaycan göstərir
MÜSAHİBƏLƏR

Ersin Aydoğan: Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına ən böyük dəstəyi Azərbaycan göstərir

Azərbaycanda olsam da, Şuşaya ilk dəfə gedəcəyəm. İşğaldan azad edilən torpaqlarda olmaq, orada gedən bərpa və quruculuq işlərini öz gözlərimizlə görmək böyük məmnuniyyətdir.

AZƏRTAC xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada keçiriləcək Beynəlxalq Media Forumunun iştirakçısı, Türk Dövlətləri Təşkilatının nümayəndəsi Ersin Aydoğan söyləyib.

E.Aydoğan bildirib ki, Azərbaycanın Milli Mətbuat Günündə Şuşada beynəlxalq forumda iştirak etmək qürurvericidir. "Düşünürəm ki, bu, Türk dövlətlərini bir araya gətirmək və media sahəsində əlaqələrimizin daha genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu istiqamətdə səyləri təqdirəlayiqdir. Regionda yeni reallıq yaradan Azərbaycan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına ən böyük dəstəyi göstərir".

Ersin Aydoğan, həmçinin Türk dövlətlərinin həmrəyliyinin və əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC