Əsl erməni xisləti
Digər xəbərlər

Əsl erməni xisləti

Mənfur erməni daşnakları hələ lap qədimdən bəri türklərə - azərbaycanlılara qarşı saysız-hesabsız soyqırımı terror aktları törətmişlər. Xalqımız daim onlara humanistcəsinə yanaşsa da, düşmənin türklərə qarşı içindəki kin, nifrət hissi səngimək bilməmişdir. Əksinə, illər keçdikcə ermənilər daha da vəhşiləşərək əhalimizə divan tutmuşlar.

Düşmənin xain niyyəti 30 il ərzində özünü bir daha təsdiqləmişdir. Torpaqlarımızı işğal edən, bunlar kifayət deyilmiş kimi, əliyalın əhalini hədəfə alan vandallar bu gün öz məkrli siyasətini davam etdirir. Düşmən daim xam xəyallarla yaşayaraq özlərinin saxta tarixinə sığınmışdır. Uydurduqları tarixdə bir dənə olsun real fakt təqdim edə bilmirlər. Daşların üzərinə öz dillərində cızma-qara edərək, torpağa basdırıb dəlil kimi istifadə etməyə çalışırlar. Görəsən, Ermənistan bu gülünc fəaliyyətlərlə hansı məzhəbə qulluq edir?

İkinci Qarabağ savaşı dövründə düşmənin on bir min fərarisi oldu. Bu onu göstərir ki, artıq erməni xalqı öz hakimiyyətinə olan inamını itirib. Şübhəsiz, küçədən hakimiyyətə gətirilən şəxsin siyasətdən heç bir anlayışı olmayacaqdı. Əksinə, Paşinyan onun hakimiyyətini təmsil edən şəxslər xalqı əlində oyuncağa çevirərək öz çirkin əməllərinin icrasında istifadə etmişlər. Görünür, Ermənistan tərəfi hələ türkün gücünü dərk edə bilməyib. Kor tutduğunu buraxmadığı kimi, ermənilər saxtakarlıqlarından əl çəkmək istəmirlər. Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 27- xalqa müraciətində səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Ermənistanda hakimiyyət dəyişikliyi olur olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir".

Xain Ermənistan unudur ki, bizdə milli birlik var, xalq daim vətənin keşiyində durmağa, müsəlləh əsgər kimi torpaqlarımızın bütövlüyü uğrunda döyüşməyə, bu yolda canından belə keçməyə hazırdır. Mənfur düşmən ölkəmizin milli həmrəyliyinin qarşısında heç bir cürətlə dayana bilməz. Alçaq qonşumuz bu anlayışlardan kasad olduğu üçün öz cinayətlərinə ortaqlar tapmışdır. Fransa, İran kimi erməni sevdalıları düşmənə xain əməllərini həyata keçirməyə dəstək olurlar. Fəqət Azərbaycan bir daha alçaq düşmənə onun havadarlarına bəyan edir ki, haqq savaşında Azərbaycanın mövqeyi dəyişməzdir.

Məsələnin maraqlı tərəfi isə xainlərin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə heç bir məhəl qoymamaqlarıdır. Əksinə, Ermənistanın törətdiyi əməllər getdikcə cığırından çıxmış, əsl vəhşilik nümunəsinə çevrilmişdir. Ölkəmiz tarixi ədalətin məhz beynəlxalq hüquq çərçivəsində bərpa olunmasına çalışsa da, xain düşmən həddini aşmış qarşılığında layiqli cavabını almışdır. Ali Baş Komandan İlham Əliyev dəfələrlə dünya ictimaiyyətini bu vandallıqları gözardı etməməyə səsləsə , selektiv yanaşma nəticəsində məsələ həllini tapmamışdır. Məhz beynəlxalq ictimaiyyət Ermənistanın bu aqressiyasına, vəhşiliklərinə adekvat reaksiya vermədiyi üçün Azərbaycan öz gücü ilə təcavüzkarı ram etməyə, ağıllandırmağa çalışmışdır.

Törədilmiş bütün vəhşiliklərə, qeyri-qanuni fəaliyyətlərə baxmayaraq, ölkəmiz 30 il müddətində münaqişənin həllində maksimum səbir sərgiləmişdir. Nəhayət, danışıqlar səmərəli nəticə vermədiyindən Azərbaycan ərazilərini öz gücü ilə hərbi yolla düşmən tapdağından azad etmişdir. Belə ki, işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan öz gücünü erməni şəhərlərinə raket atmaqla, erməni qadınlarını, uşaqlarını gecə yatdıqları yerdə bombalamaqla göstərmədi. Dövlətimiz nəyə qadir olduğunu döyüş meydanında sübut etdi. Ölkəmizin əldə etdiyi uğurları, döyüş taktikalarını, Azərbaycan Ordusunun güc qüdrətini təkcə Ermənistan deyil, bütün dünya gördü. Düşmənin mənfur əməlləri Azərbaycan xalqını əsla sarsıda, iradəsini qıra bilməyəcəkdir. Heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Rəşadətli Azərbaycan ordusunun işğal altında qalan ərazilərimizi erməni vandallarının əsarətindən qurtarması üçrəngli bayrağımızın həmin ərazilərdə dalğalanması da bunun bariz nümunəsidir.

Aprelin 14- İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş verən hadisə düşmənin xain xislətini bir daha sübut etdi. Belə ki, açılış zamanı Azərbaycan bayrağının yandırılması Ermənistan hakimiyyətinin üzünü ifşa etdi. Düşmən ölkənin beynəlxalq tədbirdə təhlükəsizliyi təmin edə bilməməsi onun rəzilliyini açıq şəkildə göstərdi. Ən diqqətçəkən məqamlardan biri isə tədbirdə Paşinyanın da iştirak etməsi idi. Ermənistanın baş nazirinin olub-bitənlərə göz yumması hadisənin xalq tərəfindən alqışlanması ermənilərin vandallardan fərqlənmədiyinin göstəricisidir. Hadisə zamanı erməni ikiüzlülüyü özünü açıq şəkildə bəlli etdi. Belə ki, Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan insidentdəki təqsirinə görə polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb. deyəkBu cür utanmaz hərəkət məhz Ermənistandan gözlənilərdi.

Nəzrin ELDARQIZI,

"Respublika".